Rol video oyunu

Bir RVO-da personaj yaratma nümunəsi. Bu videooyunda ("S.C.O.U.R.G.E.: Heroes of Lesser Renown") oyunçular öz personajlarının attributlarına bal təyin edə, inanacağı bir tanrı seçə, eləcə də portret və peşə seçə bilərlər.

Rol videooyunu (abr. RVO, ing. Role-playing video game; adətən rol oyunu adlanır, ing. Role-playing game, abr. RPG) və ya Rol kompüter oyunu (abr. RKO, ing. Computer role-playing game, abr. CRPG) — oyunçunun ətraflı şəkildə hazılanmış bir dünyada bir və ya bir neçə personajın hərəkətlərini idarə etdiyi videooyun janrı. Rol videooyunlarının əksəriyyətinin mənşəyi stolüstü rol oyunlarına əsaslanır və demək olar ki, eyni terminologiyadan, mövzudanmexanikalardan istifadə edir. Janrın stolüstü rol oyunlarıyla olan digər əsas bənzərliklərinə təkmilləşdirilmiş süjet elementləri, oynanıla bilən personajın inkişaf edilməsi, mürəkkəbliyi, eləcə də yenidən oynanıla bilərliyi və daldırıcı xarakteristikası daxildir. RVO-lar mətnə əsaslanan sadə qapalı pəncərəli oyunladan vizual baxımdan zəngin olan üçölçülü təcrübələrə çevriliblər.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search